Den Braunun bu romanını birinci Türkiyədə oxuyacaqlar

Den Braunun bu romanını birinci Türkiyədə oxuyacaqlar
calendar 28 iyun 2017
clock 12:39

Den Braunun “Başlanğıc” adı ilə Türkiyədə yayımlanacaq yeni romanı “Origin” ilə bağlı məlmatlar yayılıb. Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə usta yazıçının romanda haralara səfər edəcəyi məlum olub.

Üç oktyabrdan rəflərə çıxarılacaq romanın qəhrəmanı Harvardın ikonoqrafiya üzrə professoru Robert Lanqdonun yolu bu səfər Bilbao, Madrid, Sevilla və Barselonadan keçir. Sənət əsərlərini, şifrələri və simvolları böyük bir diqqətlə araşdıraraq “Da Vinçi Kodu”, “Mələklər və Şeytanlar”, “Rəqəmsal qala”, “Xəyanət nöqtəsi”, “İtkin simvol” və “Cəhənnəm” kimi əsərləri ilə bütün dünyada məşhur olan Den Braun bu də “Başlanğıc” (Origin) ilə insanlığı yüz illərdir məşğul edən sualı verir: “Hardan gəldik? Hara gedirik?”

Üç oktyabrda rəflərə çıxacaq əsər 13 ölkədə eyni vaxtda yayımlanacaq. Romanı ilk oxuyan ölkə saat fərqi ilə Türkiyə olacaq.

view 1165 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news