Məhərrəm Nüsrət: “Yeni il atributu” - Ən qısa hekayə

Məhərrəm Nüsrət: “Yeni il atributu” - Ən qısa hekayə
calendar 20 dekabr 2013
clock 00:00

Kulis.az Məhərrəm Nüsrətin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yeni il atributu” (371 işarə) hekayəsini təqdim edir.

Kitablardan biri gülərək dedi:

-İndi ki, sizə oksigen lazımdır, deyəsən bizi geri qaytarmaq istəyirsiniz? Bizi əski halımıza bənzətdiniz amma hayıf ki, sizə oksigen verə bilmirik daha. Heç olmasa oxuyardınız bizləri.

Hərkəs yeni ilə hazırlaşırdı. İnsanlar belində oksigen torbaları ilə güclə nəfəs alaraq, onları məhv edərək hazırladıqları kitablardan, dəftərlərdən, jurnallardan onlara bənzər yeni il ağacları düzəldirdilər.

view 1611 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news