Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində

Alberto Moravianın “Çoçara” kitabı Azərbaycan dilində
calendar 16 aprel 2018
clock 11:14

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli italyan nasiri Alberto Moravianın “Çoçara” kitabı işıq üzü görüb.

Alberto Moravia – dünya ədəbi fikir müstəvisində bir çox əsərləri, o cümlədən “Həyat oyundur”, “Müsahibə”, “Diqqət”, “Özgə həyat” romanları, xüsusən dünya ədəbiyyatı oxucusunun marağına səbəb olan böyük maraqla oxunan “Roma hekayələri” silsiləsi ilə tanınır.

Yazıçının “Çoçara” romanı, eləcə də “Roma hekayələri” silsiləsindən olan “Mario”, “Dostluq”, “Bədxərc”, “Təlx ovqat”, “Bürkü zarafatları”, “Kötük”, “Körpə”, “Roma sikkəsi”, “Dublyor” kimi otuza yaxın hekayəsi daxil edilmiş kitabı dilimizə Etimad Başkeçid və Mahir N. Qarayev çevirib.

view 1214 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news