Vaqif Səmədoğludan xəbər var: “Allah, özüm gəlim?...”

Vaqif Səmədoğludan xəbər var: “Allah, özüm gəlim?...”
calendar 7 fevral 2014
clock 11:30

Bir müddət əvvəl müalicə üçün xaricə gedən Xalq şairi Vaqif Səmədoğlu facebook səhifəsində status yazıb. Kulis.Az həmin statusu təqdim edir:

“Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

bəndəni hansı gözlə görəcəksən?

Allah,

özüm gəlim,

ya kimisə göndərəcəksən?..."

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bədxassəli şişdən əziyyət çəkən Vaqif Səmədoğlunun xərclərini öz üzərinə götürməsindən sonra o, İsrailə getmişdi.

view 3361 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news