“Alman malı” təqdim olundu – FOTOLAR

“Alman malı” təqdim olundu – <span style="color:red;">FOTOLAR
calendar 1 fevral 2016
clock 17:16

Yanvarın 30-da Mirmehdi Ağaoğlunun “Alman malı” kitabının təqdimatı olub. Kulisin məlumatına görə təqdimat Kitabevim.az kitab mağazasında təşkil olunub.

Tədbirdə "ATV Kitab" seriyasının rəhbəri Səlim Babullaoğlu, tənqidçi Cavanşir Yusifoğlu, şair Qismət çıxış ediblər. Daha sonra müəllif oxucular üçün kitab imzalayıb.

"ATV Kitab" seriyasından “Parlaq imzalar” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr daxil edilib.

Təqdimat mərasimindən fotoları təqdim edirik.

view 1835 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news