Mənə külək şəkli çəkmək istəsən – ŞEİR

Mənə külək şəkli çəkmək istəsən – ŞEİR
calendar 30 noyabr 2016
clock 13:32

Kulis.az İmir Məmmədlinin “Şəkillər” şeirini təqdim edir.

Mənə külək şəkli çəkmək istəsən,

Əyilmiş bir ağac şəkili bəsdi.

Dağılmış telləri bir gözəl qızın,

Ya da bir oğlanın kəkili bəsdi.

Əgər sevgi şəkli çəkmək istəsən,

Çiçəkli kolların şəkili bəsdi.

Tənhalıq şəkili çəkmək istəsən,

Ot basmış yolların şəkili bəsdi.

Həyatın şəklini çəkmək istəsən,

Ağır bir ömürün şəkili bəsdi,

Yəni ağac kimi qəddi bükülmüş

Qocalmış İmirin Şəkili bəsdi.

view 1556 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news