Qarabağ müharibəsi haqda ƏN GÖZƏL ŞEİR

Qarabağ müharibəsi haqda <span style="color:red;">ƏN GÖZƏL ŞEİR
calendar 24 sentyabr 2017
clock 14:02

Kulis.az Zahir Əzəmətin Qarabağ müharibəsinə həsr etdiyi “Əsgər məktubu - arxa cəbhəyə” şeirini təqdim edir.

sizə zəfər gətirəcəyik

bizə məktub yazın heç olmasa

sətirlərdən ürəyiniz boy versin

səbirlə dinləyin şikəst qayıdan

əsgər yoldaşlarımızın gecə sayıqlamalarını

üz çevirib getməyin uşaqlarımız dilənəndə

su verin

çörək verin!

atalarımıza siqaret

analarımıza ürək dirək verin…

sizə zəfər gətirəcəyik

bizə barıt qoxusu dadmayan

səhər saxlayın

bir az günəş

bir az dəniz…

bir az da soyuq xırdalan pivəsi

şəxsən mənim üçün

və sevməyin ay əclaflar

bizi gözləyən qadınları...

view 1157 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news