Xalq şairinin oğluna həsr etdiyi şeir - Bazar Oxusu

Xalq şairinin oğluna həsr etdiyi şeir - Bazar Oxusu
calendar 10 mart 2019
clock 14:07

Kulis.az “Bazar oxusu” layihəsindən Süleyman Rüstəmin “Duz-çörək” şeirini təqdim edir.

İnsanın şərəfi, bəzəyi, məncə,

Deyildir nə ipək, nə tirmə, oğlum!

Yaxşıdan yaxşı ol ellər içində,

Dostuna bir ziyan yetirmə, oğlum!

Yersiz gülümsəmə, yersiz ağlama,

Bir könül də qırma, sinə dağlama,

Sirrini ellərdən gizli saxlama,

Dilinə yalan söz gətirmə, oğlum!

Yel qanadlı illər ömürdən gedir,

İnsan zəhmətilə kamala yetir,

Bağında nərgizlər, lalələr bitir,

Tikanlar, qanqallar bitirmə, oğlum!

Ürəyim arzuyla doludur, dolu,

Hünər meydanıdır bu həyat yolu,

Bilmədiyin işi gözüyumulu,

Söz verib öhdənə götürmə, oğlum!

Oxu öyüdümü sən sətir-sətir,

Qoy yağsın hər zaman dilidən ətir,

Qazancını itir, malını itir,

Ancaq duz-çörəyi itirmə, oğlum!

view 4013 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news