Ya mən havalıyam, ya hava xəstə - İKİ ŞEİR

Ya mən havalıyam, ya hava xəstə - <span style="color:red;">İKİ ŞEİR
calendar 15 yanvar 2018
clock 18:02

Qardaşxan Əzizxanlı

Ayrılıqlar başladı

başlandı ayrılıqlar

bu yerdə kara gəlməz daha ayrı qılıqlar

ah bir küncə qısnayan qurdbasan aralıqlar

öldün qaldın deyən yox

qalmısan aralıqda

yeni era başlayır

ayrılıqlar erası

gedər buruq boylular qalar boynu buruqlar

qalanları qalıqlar

çoxalar bu qırıqlar

və başlar ayrılıqlar erası

bizim era

***

Kiçik çillə deyil hava sazaqdı

hələ fevrala var mart da uzaqdı

onda türkün sözü bu nə tuzakdı

yaz ətri burnuma haradan gəlir

ya mən havalıyam ya hava xəstə

ya da məzə könlüm təzə həvəsdə

böyük çillə ilə nəfəs nəfəsdə

yaz ətri burnuma haradan gəlir

deyirəm yazdığım hər misra elə

bir yaz havasına bürünüb gələ

bəlkə Pəncərədən daş gəlir belə

yaz ətri burnuma haradan gəlir

view 1083 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news