Elvin Səfərli: «Bir “şirvan”lıq şükranlıq» - Ən qısa hekayə

Elvin Səfərli: «Bir “şirvan”lıq şükranlıq» - Ən qısa hekayə
calendar 21 dekabr 2013
clock 12:00

Kulis.Az Elvin Səfərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bir Şirvanlıq şükranlıq” (423 işarə) hekayəsini təqdim edir.

Düzəltdiyi nağaraları dükanlara payladı, hamısı nisyə götürdü deyə heç kimdən pul ala bilmədi. Axırıncı pulunu da marşruta verdi, evə qayıdırdı. Qəmgin idi. Uşaqların üzünə necə baxsın, sabah onları instituta necə yollasın, kimdən borc alsın, evə necə getsin, yoxsa getməsin. Evə yaxınlaşdıqca addımları ağırlaşırdı.

Bu anda külək bir “şirvan”ı yerlə sürükləyib düz ayaqlarının altına sərdi. Əyildi, pulu götürdü və sevincindən yüyürərək evinə getdi.

Qoca o günləri şükranlıqla xatırlayırdı.

view 1522 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news