Sən ağ göyərçin ol - Elinanın xatirəsinə

Sən ağ göyərçin ol - <span style="color:red;">Elinanın xatirəsinə
calendar 11 aprel 2019
clock 18:37

Elnur Tunc

Elinanın xatirəsinə

Böyüyəndə müəllimmi olmaq istəyirsən

yoxsa həkim?

Bunları səndən kim soruşdu ki?

Heç kim.

Bəlkə ana olub balana

özün görmədiyin nəvazişi verəcəkdin.

Sən nə ana ol

Nə müəllim

Nə həkim

Analar var uşağının göz yaşına baxmadan

uzaqda xoşbəxtlik axtarmağa gedir.

Ağzı qanlı həkimlər var

uşaqları parçalayıb yeyir

Serial xəstəsi müəllimələr

çox həvəslidirlər

sənin can verməyinə baxmağa

Yox sən ağ göyərçin ol

Uç göylərə

uç məktəb olmalı yerin pəncərəsindən

uç, qaç yırtıcıların pəncəsindən

view 2567 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news