Pasternakın evində şam yeməyi - Maraqlı Ziyarət

Pasternakın evində şam yeməyi - <span style="color:red;">Maraqlı Ziyarət
calendar 1 avqust 2018
clock 16:07

Rusiyada Ədəbiyyat Muzeyi ziyarətçiləri şair “Boris Pasternakla şam yeməyi”nə dəvət edib.

Kulis.az-ın rus saytlarına istinadən verdiyi xəbərə görə, Rusiyanın Ədəbiyyat Muzeyi yeni yay layihələri çərçivəsində “Ədəbi şam yeməyi” ekskursiyaları təşkil edəcək.

İlk “Ədəbi şam yeməyi” 11 avqustda böyük rus şairi, Nobel mükafatı laureatı Boris Pasternakın ev muzeyində baş tutacaq. Belə ki, muzeyə gələn qonaqlar ədəbiyyatçının gündəlik həyat tərzi və yaşadığı dövrün mətbəx ənənələri haqqında hekayələrlə tanış olacaqlar. Gəzinti muzeyin həyətindəki tematik şam yeməyi ilə başa çatacaq.

Layihədə "şair Mayakovski ilə şam yeməyi" də nəzərdə tutulub.

view 1104 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news