Bakıda orijinal tədbir: 20 kitab, 1 təqdimat

Bakıda orijinal tədbir: <span style="color:red;">20 kitab, 1 təqdimat
calendar 8 aprel 2019
clock 17:20

Aprelin 12-i saat 12-də AYB-nin Natəvan klubunda tanınmış tənqidçi-ədəbiyyatşünas, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının kitablarının təqdimatı olacaq.

N.Cabbarlının Kulis.az-a verdiyi xəbərə görə, tədbirin orijinallığı bundan ibarətdir ki, müəllifin ərsəyə gətirdiyi 20 kitabın hamısı oxuculara təqdim olunacaq.

Xatırladaq ki, bu siyahıya Nərgiz xanımın məşhur “Yeni nəsil ədəbiyyatı”, “Ədəbiyyatdan intihara”, “Axundzadə şəxsiyyəti”, tərcümə etdiyi kitablardan Luis Sinklerin “Seçilmiş əsərləri”, Rünoske Akutaqavanın “Seçilmiş əsərləri”, Günter Qrassın “Mənim yüzilliyim”, Marsel Prustun “Svana doğru” və digər kitablar daxildir.

Maraqlananlar tədbirdə iştirak edə bilərlər.

view 2887 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news