Allahın əlləri yerə dəydi – Alikdən şeirlər

Allahın əlləri yerə dəydi – <span style="color:red;">Alikdən şeirlər
calendar 27 yanvar 2018
clock 16:30

Kulis.az gənc şair Alik Əlioğlunun yeni şeirlərini təqdim edir.

Deməli, o günləri

Çıxıb getdi e... hamı.

Ay sağol,

Çərşənbə axşamı...

İlk dəfə siqaret yandırdım

Qırmızı-ağ var e, bax o...

Doğrudur,

“Marlboro”...

Əlimə bir qədəh aldım,

Öz-özümə dedim, vuraq...

Haqlısan,

Araq...

Könlümə musiqi düşdü,

Gözəl qadın var aa,

Ay sağol,

Madonna...

Sonra yağış... Allahın

əlləri yerə dəydi,

Gərək

özü də gələydi...

Sonda bir az kədərləndim.

Səbəb bilirsən nədi?

Yox e,

Heç kəs gəlmədi...

***

Bədənimdən ev tikin,

Əllərimdən asın şarlar.

Sinəmə bir qapı qoyun:

Girsin kimsəsiz uşaqlar...

view 1003 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news