Sufini şərabdan məhrum eyləmə! – Aqşindən YENİ ŞEİR

Sufini şərabdan məhrum eyləmə! – Aqşindən YENİ ŞEİR
calendar 10 oktyabr 2016
clock 13:21

Kulis.Az tanınmış şair Aqşin Yeniseyin yeni şeirini təqdim edir.

Tərgitmiş sufinin şeri

Can məhkum evidir, cəza ver, təki,

Günahı savabdan məhrum eyləmə!

Min dəfə soruşum, bircə yol hay ver,

Sualı cavabdan məhrum eyləmə!

Əzabdan həzz almaq nə sirdir eşqdə?!

Min yara bəslərəm, hər biri eşqdən!

Asini, aşiqi, kafiri eşqdən,

Mömini kitabdan məhrum eyləmə!

Qulun küfründə də gizli iman var!

Necə ki, ilanın zəhrində can var.

Nə qədər məkan var və laməkan var,

Sufini şərabdan məhrum eyləmə!

view 1371 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news