Bakıda məşhur amerikalı yazıçı ilə görüş olub - FOTO

Bakıda məşhur amerikalı yazıçı ilə görüş olub - FOTO
calendar 7 aprel 2019
clock 13:20

Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib.

ONA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikan Ticarət Palatasının dəstəyi ilə reallaşıb.

A.Səlimov tədbirdə öz şeirlərini rus və ispan dillərində oxuyub, tamaşaçıların suallarına cavab verib. Gecədə şair, tərcüməçi Səlim Babulaoğlu çıxış edərək, A.Səlimovun yaracılığı haqqında fikirlərini bölüşərək, onun şeirlərini ilk dəfə Azərbaycan dilində söyləyib.

view 2101 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news