Düşmən qarşısında pələng, şir Anar – FİKRƏT QOCANIN ŞEİRİ

Düşmən qarşısında pələng, şir Anar – FİKRƏT QOCANIN ŞEİRİ
calendar 20 iyun 2017
clock 10:31

Anarın AYB sədri olmasının 30 ili tamam olur. Fikrət Qoca bu münasibətlə şeir yazıb. Kulis.Az həmin şeiri təqdim edir.

Adı qoyulandan yenidir Anar.

Bədii “idmanda” qızıl medalçı,

Güləşdə səksəni yenibdi Anar,

Baxma ağarıbdı saqqalı, saçı.

Heç vaxt çəkinməyib, daldalanmayıb,

Heç bir vəziyyətdə haqqı danmayıb.

Gəzsə də dünyanı uzaq elləri,

Vətən ürəyində, nəfəsindədi.

Bütün obrazları, düşüncələri

Bir polad məntiqin qəfəsindədi.

Qələmi gücünə o məşhur olub.

Düşmən qarşısında pələng, şir Anar

Gözəllər yanında gənc şair olub.

Qəlbin çox cavandı, qələm yorulmaz,

Dostumun qəlbində bahar fəslidi.

Alça çiçəyidi saqqalı, saçı,

İcazə istəmir gələndə bahar...

Yaxşısı budur ki, gələndə Anar

Üzünə qapını özünüz açın...

Yaşamaq, yaratmaq dönüb savaşa,

Hələ çox işlərin çatmayıb başa.

Allah çox böyükdü, özü də qıymaz,

Sənətkar zəhmətin yarımçıq qoymaz.

Qəlbində alışan bu od, bu ocaq

Hələ vulkan kimi püskürəcəkdi.

Şuşada ad günün qeyd olunacaq,

Onda da yanında olacağam mən.

Ya sənlə yanaşı, ya göy üzündə,

Cəngi dinləyərik Cıdır düzündə.

“Ədəbiyyat qəzeti”

view 1366 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news