Kulis.Az 1979-cu ildə “Gənclik” nəşriyyatında çap olunan “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” kitabında yer alan bu əhvalatı heç bir şərh və yozum vermədən, sadəcə maraqlı ədəbiyyat faktı kimi təqdim edir.
1929-cu ildə Azərbaycan yazıçıları əvvəl Gürcüstana, oradan da gürcü yazıçıları ilə birlikdə Ermənistana qonaq gedirlər. Haqverdiyevlə Şirvanzadə hər yerdə bərabər gəzir, bərabər otururdular. Onlar köhnə dost idilər. Erməni artistləri səhnədə milli rəqslər ifa edirmişlər. Haqveriyev öz dostuna deyir:
- Aleksandr Minasoviç, görürsən də, iki xalqın musiqi və rəqsləri, həyatları, adətləri nə qədər bir-birinə yaxındır.
- Nəcibə Məlikovanın oğluna yox dedi, həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar – Kinomuzun Cəmiləsi haqqında bilmədiklərimiz...
- İntihar üçün kapsula kəşf olundu - FOTO
- “Qarabağ” futbol klubundan film çəkiləcək
- Düz buyurursunuz Əbdürrəhim bəy, - Şirvanzadə sözünə davam edir: - Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız.
- Bu, çətin iş deyil. Hansı hekayəmdəki şəxslərin adlarını dəyişdirib Arşaq, Avanes, Vartan qoysam, olar erməni həyatından.
Haqverdiyev öz dostuna erməni həyatından yeni əsər yazmağı vəd edir, vədi yerinə yetirir. Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” pyesini yazır.
P.S. Bir qədər sonra “Çox gözəl” pyesini təqdim edəcəyik