"Yeşilçam"ın məşhur aktyoru vəfat etdi

"Yeşilçam"ın məşhur aktyoru vəfat etdi
calendar 26 iyul 2023
clock 17:13

"Yeşilçam"ın məşhur aktyorlarından biri Yaşar Yağmur 74 yaşında vəfat edib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir şəkər xəstəliyi ilə mübarizə aparan sənətçi dünən axşam saatlarında yüksək qan təzyiqi səbəbiylə reanimasiya şöbəsinə yerləşdirilib.

Yağmur burada infarkt keçirərək dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Batsın Bu Dünya", "Hazreti Yusuf", "Yuvasız Kuşlar", "Babaların Babası" ve "Sahipsizler"filmlərindəki rolları ilə tanınan aktyor ümumilikdə 35 filmdə rol alıb.

view 1155 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news