“Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunacaq

“Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunacaq
calendar 5 iyun 2020
clock 18:11

Azərbaycan Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası iyunun 13-də sənət ocağının “facebook” hesabı vasitəsilə canlı göstəriləcək.

Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək. /azertag.az/

view 1952 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news