“Dəli yığıncağı” tamaşasının onlayn nümayişi

“Dəli yığıncağı” tamaşasının onlayn nümayişi
calendar 14 may 2020
clock 11:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi "Dəli yığıncağı” tamaşası növbəti dəfə mayın 21-də sənət ocağının "facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları canlandırıblar.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandıracaq.

Səhnə əsəri fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulub. /azertag.az/

view 2040 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news