“Netflix” striminq xidməti “Şimdiki Aklım Olsaydı” türk serialının çəkilişini homoseksual personaja görə ləğv edib.
Bu barədə “Financial Times” xəbər yayıb.
Məlumata görə, Türkiyə hökuməti homoseksual personaja görə yeni layihənin müəlliflərinə lisenziya verməkdən imtina edib.
- Məşhur türk aktyor reanimasiyaya düşdü
- Azərbaycanlı aktyor qocalar evində öldü
- Conni Depp qızıl medala layiq görüldü
“Şimdiki Aklım Olsaydı” serialının ssenari müəllifi Ece Yorenç filmdə həmcins münasibətlərin nümayiş olunmadığını bildirib. Bununla belə, çəkilişlərə başlamaq üçün ssenaridən homoseksual xarakteri çıxarmağın mümkünlüyünü vurğulayıb. Bundan sonra hökumətdən çəkilişlər üçün icazə alınıb.
Lakin “Netflix” Türkiyə Televiziya və Radio Qurumu (RTÜK) ilə görüşdən sonra serialın çəkilişlərindən imtina edib. Onlar bunun prinsip məsələsi olduğunu deyiblər və ssenarinin dəyişməyəcəyini qətiyyətlə bildiriblər. /oxu.az/