31-ci Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı başladı

31-ci Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı başladı
calendar 24 sentyabr 2024
clock 18:00

Nuri Bilge Ceylanın münsiflər heyətinin sədri olduğu 23-29 sentyabr tarixlərində keçiriləcək 31-ci Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı başlayıb.

Kulis.az xəbər verir ki, mərasimdə "Orhan Kamal əmək mükafatı" və "Ömür boyu uğur mükafatı" öz sahiblərinə təqdim olunub.

"Orhan Kamal əmək mükafatı" rejissor Muzaffer Geçdurmaza, aktrisa Gülər ​​Öktenə, aktyor, teatr rejissoru və səs aktyoru Mazlum Kiperə, "Ömür boyu uğur mükafatı" isə polşalı rejissor Yerji Skolimovskiyə verilib.

Qeyd edək ki, gələcək günlərdə daha 6 kateqoriya üzrə 31 mükafat veriləcək.

Ülvi Bahadır

view 543 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news