Berqmanın cəngavəri vəfat etdi

Berqmanın cəngavəri vəfat etdi
calendar 10 mart 2020
clock 09:31

İsveç aktyoru Maks fon Südov 90 yaşında vəfat edib.

APA-nın “RİA” Novostiyə istinadən verdiyi xəbərə görə, aktyor Fransada dünyasını dəyişib.

Maks fon Südov İnqmar Berqmanın filmlərinə çəkiləndən sonra dünya şöhrəti qazanıb.

O, Bermanın “Yeddinci möhür” filmində cəngavər rolunu canlandırmaqla yanaşı “Çiyələk talası”, “Sifət”, “Canavar vaxtı” kimi ekran işlərində çəkilib.

Bundan başqa, aktyor “Taxt-tac oyunları” serialında lord Brindeni canlandırıb.

view 2038 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news