“Dağlı” serialının ulduzu amerikalı aktyor Sten Kirş Los Ancelesdəki evində ölü tapılıb.
Kulis.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Məlumatda 51 yaşlı sənətçinin intihar etdiyi qeyd olunur. Aktyorun həyat yoldaşı Kristin Qrin "Facebook"da ərinin ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Qeyd edək ki, Sten Kirş Rassel Mulkahinin eyniadlı filmi əsasında çəkilən “Dağlı” serialında Duncan MacLeodun ölməz köməkçisi Riçi Rayan rolunu canlandırıb.
- "Simpson"ların növbəti proqnozu
- “Rus klassikası” adlı qala-konsert keçirilib
- [b]Yazarlarımız Türkiyədən qayıdıb:[/b] "Maraqlı layihələrimiz olacaq" - VİDEO
Kirş, "Dostlar" və "Sevgi qayığı" seriallarında, "Atəş fırtınası" və "Ölənlərin qisası" kimi filmlərdə də rol alıb.