Məşhur rejissor yeni filmə başladı

Məşhur rejissor yeni filmə başladı
calendar 15 sentyabr 2020
clock 18:04

Rus rejissoru Yuri Bıkov yeni filmin çəkilişlərinə başlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, “Mayor” və “Axmaq” kimi məşhur filmlərin müəllifi Yuri Bıkov yeni film üzərində işə başlayıb.

“Sahibkar” adlı film insanla cəmiyyətdəki sistem arasındakı qarşıdurmadan bəhs edir. Yüz illərdir rus reallığında cəmiyyətin aşağı və yuxarı təbəqələrə sərt şəkildə bölünməsi barədə suallara cavab axtarır.

Rusiya, Fransa, İsveçrə, Böyük Britaniya və Meksikanın birgə istehsalı olan filmin çəkilişləri oktyabr ayında başlanacaq.

view 2786 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news