Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi

Nazirlik televiziya kanallarına filmlərlə bağlı müraciət etdi
calendar 28 mart 2020
clock 11:28

Karantin rejimi ilə əlaqədar olaraq, bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək filmləri ödənişsiz yayımlama imkanı qazana bilərlər.

Kulis.azın verdiyi xəbərə görə, bu barədə Mədəniyyət Nazirliyi təşəbbüslə çıxış edib və ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayişinə şərait yaradıb.

Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.

view 2371 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news