Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar

Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
calendar 30 mart 2020
clock 14:56

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Evdə qal, tamaşa izlə” devizi ilə teatrsevərlərin virtual görüşünə gələcək.

Bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramov məlumat verib.

Bildirib ki, dünyanı bürüyən koronavirus (COVID-19) təhlükəsi ilə mübarizədə Azərbaycan da bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında təşkil olunmuş Operativ Qərargahın tapşırıq və tövsiyələrinə, “Evdə qal, sağlam ol” prinsiplərinə əməl olunur.

Mədəniyyət Nazirliyi mövcud karantin vəziyyətində insanların asudə vaxtlarının təşkili üçün kreativ layihələr gerçəkləşdirir. İrəvan Teatrı da bu layihə çərçivəsində “Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən (https://www.facebook.com/irevanteatri/) aprel ayı ərzində aşağıdakı tamaşaları nümayiş etdirəcək.

Gallery

view 2202 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news