Vaqif Mustafayevin filmi üçün Hadrutda dekorasiyalar qurulub

Vaqif Mustafayevin filmi üçün Hadrutda dekorasiyalar qurulub
calendar 7 iyul 2021
clock 13:50

Məşhur kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi istehsalata buraxılıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Kulis.aza verilən xəbərə görə, filmin hazırlıq prosesi davam edir.

İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin məkan çəkilişləri üçün Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur.

Təxminən bir həftədən sonra filmin çəkilişləri başlanacaq və ilin sonuna qədər tamamlanacaq.

Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

view 2244 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news