Venesiya Film Festivalı başlayır

Venesiya Film Festivalı başlayır
calendar 1 sentyabr 2021
clock 11:15

Bu gün İtaliyanın Lido adasında 78-ci Venesiya Beynəlxalq Film Festivalı başlayır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, festivalın açılışı Pedro Almodovarın “Paralel analar” filmi ilə olacaq. Filmdəki əsas rollara Penelope Kruz, Rossi de Palma və Aytana Sançez Xixon çəkiliblər.

Venesiya Film Festivalının əsas yarışmasında Ani Lili Amirpurun "Mona Liza və Qanlı ay", Ceyn Kempionun “İtin gücü”, Qaston Düperin “Əsas müsabiqə”, Meqqi Cillenxolun “Sonuncu gecə” və başqa filmlər nümayiş olunacaq.

Festivalın münsiflər heyətinə rejissor Pon Çjun Xo rəhbərlik edir.

Qaliblərin adı sentyabrın 11-də açıqlanacaq.

view 1885 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news