Alen Delonun son arzusu yerinə yetirilmədi

Alen Delonun son arzusu yerinə yetirilmədi
calendar 21 avqust 2024
clock 18:30

89 yaşında dünyasını dəyişən dünyaca məşhur aktyor Alen Delon itinin də məzarda yanına qoyulmasını vəsiyyət etsə də, ailəsi məşhur aktyorun bu istəyini yerinə yetirə bilmədi.

Kulis.az xəbər verir ki, Alen Delonun itinin yuxuya verilib özü ilə birgə basdırılma istəyi heyvan haqları aktivistlərinin sərt reaksiyasına səbəb olub.

Qeyd edək ki, aktivistlərin bu etirazı nəticəsində Alen Delonun son arzusu yerinə yetirilməyib. Bu barədə mərhum aktyorun qızı məlumat verib.

view 1528 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news