"Azərbaycanfilm"-ə yeni direktor müavini təyin olunub

"Azərbaycanfilm"-ə yeni direktor müavini təyin olunub
calendar 21 iyun 2024
clock 17:36

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bu posta İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.

view 781 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news