Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı

calendar 28 oktyabr 2021
clock 11:45

Noyabrın 3-də Bakıda beşinci dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, noyabrın 7-dək davam edəcək festivalın əsas mövzusu “Hisslər±” adlanır.

“YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq festival çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunacaq.

Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılar ilə nümayiş ediləcək.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

view 5020 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news