Bakıda ilk dəfə Afrika Kinosu Günləri keçiriləcək

Bakıda ilk dəfə Afrika Kinosu Günləri keçiriləcək
calendar 19 may 2023
clock 12:00

Mərakeş Krallığının ölkəmizdəki səfirliyi 25-27 may tarixlərində Azərbaycanda ilk dəfə Afrika Filmləri Günlərini təşkil edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Mərakeş Krallığının səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatına əsasən, Mərakeşin Khouribga Beynəlxalq Afrika Filmləri Festivalı Fondunun dəstəyi ilə Afrika Filmləri Günləri hər il 25 may tarixində qeyd edilən Afrika Gününə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq.

Burada məqsəd Afrikanın müxtəlif kino mədəniyyətlərini nümayiş etdirmək, xalqlar arasında müxtəlifliyi və dialoqu təşviq etməkdir.

Afrikalı gənc kinorejissorların təmsil olunduğu Afrika kino sənayesi ilə Azərbaycan ictimaiyyətini tanış etmək üçün ölkəmizdə ilk dəfə keçiriləcək Afrika Kino Günləri əhəmiyyətli addım olacaq.

“Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını, xüsusiyyətlərini Azərbaycan xalqına çatdırmaq və bununla da Azərbaycanla Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət rolunu oynayacaq”, - səfirlik əlavə edib.

view 1445 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news