“Castle Falls” filminin treyleri yayımlanıb

“Castle Falls” film

“Castle Falls” film

calendar 27 oktyabr 2021
clock 19:00

Bir neçə film ulduzunun rol aldığı macara janrında olan “Castle Falls” filminin treyleri nümayiş olunub.

Kulis.az xəbər verir ki, isveçli peşəkar idmançı və aktyor Dolph Lundgrenun rejissorluq etdiyi filmdə baş rolları “Boyka” obrazı ilə tanınan ingiltərəli məşhur aktyor Skott Adkins və amerikalı aktyor Dave Halls canlandırır.

Film 3 milyon dolları axtarmaq məcburiyyətində qalan bir qrup rəqib dəstənin macaralarından bəhs edir. Filmdə Los-Anceles şəhərinin qərb tərəfində yerləşən Castle Heights Xəstəxanasının partladılması planlaşdırılır. Dinamitlə dolu xəstəxanada qrupun pulu tapmaq üçün cəmi iki saat vaxtları var.

view 4972 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news