“Matrix 4" bu tarixdə yayımılanacaq

“Matrix 4" bu tarixdə yayımılanacaq
calendar 1 oktyabr 2020
clock 14:42

Dünyanın ən böyük kino film və televiziya şirkətlərindən biri olan “Warner Bros” bir vaxtlar çox məşhur olan filminin - “Matrix”in dördüncü hissəsi tezliklə ekranlarda yayımlanacaq.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, filmin premyerası 2021-ci il mayın 21-nə nəzərdə tutulub.

Qeyd edək ki, franşizanın dördüncü hissəsində pərəstişkarlar Kianu Rivz və Kerri-Enn Mossu görə biləcəklər. Filmdə, həmçinin onlarla birlikdə Cada Pinket Smit, Yəhya Abdül Mətin, Nil Patrik Xarris, Cesika Henvik, Conatan Qroff və başqaları çəkiləcək.

view 2833 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news