"Dune 2" filminin premyerası təxirə salına bilər

"Dune 2" filminin premyerası təxirə salına bilər
calendar 21 iyul 2023
clock 12:48

"Dune 2" filminin prodüserləri davam edən aktyor tətilinə görə filmin dünya premyerasını təxirə salmağı düşünürlər.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Nəşrin məlumatına görə, prodüserlər ABŞ Yazıçılar Gildiyası və Aktyorlar Gildiyasının tətillərinin uzun müddət davam edə biləcəyindən narahatdırlar. "Dune 2"nin aktyor heyətindən bəziləri SAG-AFTRA birliyinin üzvləridir və bu səbəbdən filmin premyerasında iştirak edə bilməyəcəklər.

Vəziyyət tezliklə dəyişməsə, filmin nümayişinin 2024-cü ilə təyin olunacağı gözlənilir. Yekun qərar hələ qəbul edilməyib.

view 1159 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news