Fuad Hacıyev vəfat etdi

Fuad Hacıyev vəfat etdi
calendar 31 iyul 2023
clock 17:20

Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.

Kulis xəbər verir ki, bu barədə aktrisa Məlahət Abbasova feysbukda paylaşım edib.

"Fuad Hacıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Başda müəlliməm Zəminə xanım Hacıyeva olmaqla bütün sevənlərinə başsağlığı verirəm. Məkanınız cənnət olsun. Həm Azərbaycanda, həm də Türkiyədə yetişdirdiyiniz tələbələriniz sizi heç vaxt unutmayacaq".

Qeyd edək ki, F.Hacıyev Xalq artisti Rauf Hacıyevin oğludur. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə də bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib.

view 2108 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news