Gənc rejissorların filmləri nümayiş olunacaq

Gənc rejissorların filmləri nümayiş olunacaq
calendar 18 oktyabr 2024
clock 11:50

Azərbaycan Kinematoqrafçılar İttifaqı Nizami Kino Mərkəzində film nümayişlərinə başlayır.

Kulis.az xəbər verir ki, layihə üzrə ilk filmin nümayişi oktyabrın 22-də olacaq.

Nümayişlər zamanı gənc rejissorlar Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin “Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin “Burada hələlik sakitlikdir” qısametrajlı bədii filmləri göstəriləcək.

Filmlərin təqdimatından sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr aparılacaq.

Seanslara giriş sərbəstdir.

view 435 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news