İkinci Dünya müharibəsi dövründə Fransa antifaşist Müqavimət hərəkatının nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında "Salnaməfilm" kinostudiyası sənədli film çəkir.
Bu barədə Kulis.aza filmin rejissoru Tahir Tahiroviç məlumat verib.
O, bildirib ki, filmin çəkilişləri Quba, Xaçmaz, Şəki, Fransanın Rodez və Montaban bölgələrində olacaq. Film sırf arxiv və sənədlər üzərində qurulmuş bioqrafik film olacaq.
- Teatrımızda homoseksualizm davası-MƏQALƏ
- "Qaraçı uşaq" kimi ad çıxartdı, səsiylə Xan Şuşinskini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular - Xalq artistindən maraqlı faktlar
- Bütün şəhərdəkilər yaxşı insan olsa... – Platon nə yazır?
Filmdə Əhmədiyyə Cəbrayılovun obrazını Abdulla Şaiq adına Dövlət Kukla teatrının baş rəssamı, fəxri mədəniyyət işçisi İqbal Əliyev canlandırır.
Filmin operatoru Rafiq Əliyev, məsləhətçi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.