İtaliyada mükafat qazanan ilk türk aktyor

İtaliyada mükafat qazanan ilk türk aktyor
calendar 2 sentyabr 2024
clock 12:00

Məşhur aktyor İbrahim Çelikkol İtaliyanın Kineo Mükafatları Mərasimində mükafat alan ilk türk aktyor oldu.

İbrahim Çelikkol Venesiya Film Festivalı çərçivəsində bu il keçirilən 22-ci Kineo Mükafat Mərasimində "Ən yaxşı beynəlxalq aktyor" mükafatına layiq görülüb.

2002-ci ildə İtaliya Mədəniyyət Nazirliyi və İtaliya Kino Tənqidçiləri Assosiasiyası tərəfindən təsis edilən və Venesiya Film Festivalı çərçivəsində təşkil edilən Kineo Mükafat Mərasimi mükafatların qaliblərinin tamaşaçılar və münsiflər heyəti tərəfindən müəyyən edildiyi yeganə mükafat mərasimidir.

view 679 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news