“Kapitan və Xəzər dənizi” beynəlxalq tədbirdə

“Kapitan və Xəzər dənizi” beynəlxalq tədbirdə
calendar 20 may 2024
clock 18:00

Rejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli film layihəsi Beldocs Sənədli Film Festivalının pitçinq forumuna seçilmiş 10 layihədən biridir.

Kulis.az xəbər verir ki, “Çinar film” şirkətinin istehsalı olan sənədli filmin rejissoru T.Hüseyn, prodüserləri T.Hüseyn və Emil Nəcəfdir.

Qeyd edək ki, adıçəkilən layihə ARKA-nın elan etdiyi müsabiqənin qalibi olub və filmə agentlik tərəfindən maliyyə dəstəyi ayrılıb.

“Kapitan və Xəzər dənizi” filmi 1990-cı il 20 yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir.

Aki.az-ın məlumatına görə, layihənin Beldocs Sənədli Film Festivalında iştirak xərclərini Azərbaycan Kinematoqrafçılar İttifaqı ödəyib.

view 964 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news