Kevin Kostnerin 100 milyon dollarlıq filmi gəlir gətirmədi

Kevin Kostnerin 100 milyon dollarlıq filmi gəlir gətirmədi
calendar 15 avqust 2024
clock 10:48

Hollivud ulduzu Kevin Kostnerin istehsalına 100 milyon dollar xərclənən “Horizon: An American Odyssey - Part 1” adlı filmi keçən həftəsonu ekranlara çıxdı və film 32 milyon dollar gəlir əldə etdi.

Kulis.az xəbər verir ki, keçən həftə ekranlara çıxan filmin ümumi daxili gəliri təxminən 29 milyon dollar idi. Beynəlxalq miqyasda “1-ci fəsil” 3,6 milyon dollardan çox gəlir əldə edərək, filmin dünya üzrə ümumi kassasını 32,6 milyon dollara çatdırıb.

69 yaşlı Kostner planlaşdırılan dörd hissəli film seriyasının ilk hissəsini çəkmək üçün öz büdcəsindən 38 milyon dollar xərclədiyini təsdiqləyib.

view 764 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news