Məlahət Abbasova Türkiyədə “Ən yaxşı qadın aktrisa” mükafatına namizəddir

Məlahət Abbasova Türkiyədə “Ən yaxşı qadın aktrisa” mükafatına namizəddir
calendar 4 sentyabr 2024
clock 14:05

Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq.

Kulis.az xəbər verir ki, sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.

Qeyd edək ki, mərasimdə Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və 1975-ci ildə qurulan Film-San Vəqfinin ilk rəhbəri olmuş Hülya Koçyiğitə "Şərəf mükafatı" təqdim ediləcək.

view 623 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news