“Mərmər soyuğu” filmi nümayiş olunacaq

“Mərmər soyuğu” filmi

“Mərmər soyuğu” filmi

calendar 21 fevral 2023
clock 18:20

YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi nümayiş olunacaq.

YARAT-dan Kulis.az-a verilən məlumata görə, fevralın 22-də göstəriləcək ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.

Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.

Filmdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı ifa edirlər.

Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə göstəriləcək.

view 1454 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news