Məşhur aktyor daha bu serialda oynamayacaq

Məşhur aktyor daha bu serialda oynamayacaq
calendar 14 oktyabr 2024
clock 14:27

"Güzel aşklar diyarında" serialında dəyişiklik edilib.

Kulis.az xəbər verir ki, aktyor Halil Ergün layihədən ayrılacaq. O, ekran işində "Hakim" obrazını canlandırırdı. Belə ki, aktyor özü serialdan ayrılmaq istəyib və ssenaristdən ona "ölüm" səhnəsinin yazılmasını tələb edib. Buna səbəb serialın ssenaristinin dəyişməsindən sonra ssenarinin əvvəlkindən fərqlənməsi olub.

Qeyd edək ki, serialın baş rollarını Özgü Kaya ilə Burak Berkay Akgül oynayır.

view 470 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news