Məşhur rejissorun aktrisa qızı həbs edildi

Məşhur rejissorun aktrisa qızı həbs edildi
calendar 17 oktyabr 2024
clock 09:30

Rejissor Klint İstvudun qızı, amerikalı aktrisa Françeska İstvud ailədaxili zorakılıqda şübhəli bilinərək Los-Ancelesdə həbs edilib.

Kulis.az xəbər verir ki, bu barədə "Los-Angeles Times" məlumat yayıb.

31 yaşlı qadın Beverli-Hills polisinə onun haqqında şikayət daxil olduqdan sonra nəzarətə götürülüb. Məhkəmə onun azad olunması üçün girov məbləğini 50 min dollar təyin edib.

Aktrisanın nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər.

view 449 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news