Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
calendar 27 iyul 2023
clock 16:30

Rusiyanın Xalq artisti Nina Drobışeva uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Nina Drobışeva kinoda debütünü 1955-ci ildə "İki kapitan" filmində Saşa rolu ilə edib.

1962-ci ildən Mossovet Drobışev Teatrında işləyib. Bu müddət ərzində səhnədə Kleopatran, Edit Piaf kimi bir sıra görkəmli şəxsiyyətləri oynayıb.

O, fəaliyyətinin son illərində “Fransız və canavar” detektiv serialında görünüb.

view 1469 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news