"Santa Barbara"serialının aktyoru vəfat etdi

"Santa Barbara"serialının aktyoru vəfat etdi
calendar 28 iyun 2023
clock 10:01

Məşhur "Santa Barbara" serialında Lionel Lokric obrazı ilə tanınan aktyor Nikolas Koster vəfat edib.

Kulis.az xəbər verir ki, 89 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə onun qızı sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, N.Koster "Gənc həkim Meloun", "Gizli fırtına", "Somerset", "Başqa dünya", "Dünya fırlandıqca", "Yaşamaq üçün bir həyat" və "Bütün uşaqlarım" kimi məşhur seriallarda da rol alıb.

view 1178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news