Tanınmış aktyor Tom Kruz kosmosda çəkilişlərə hazırlaşır.
Kulis.az xəbər verir ki, “Mission: Impossible” filminin ulduzu, dünya şöhrətli aktyor Tom Kruz kosmosa uçmaq və Yer orbitində növbəti film layihələrindən birinin çəkilişlərində iştirak etmək niyyətindədir.
Sənətçi bu məlumatı Nyu-Yorkda “Mission: Impossible 7” ekran əsərinin premyerası zamanı təsdiqləyib:
- Şahbaz Xuduoğlu: "Bu qanunsuzluğa son qoyulsun"
- Beş il susdu, ona görə Kanadada yolları bağladılar - Məşhur müğənninin 9 milyon dollarını kim oğurlamışdı?
- Üstünə ilan atdılar, dostunun qəbrini göstərib aldatdılar, kinoya çəkilməyə qoymadılar – “Qaraca qız” filminin Xədicəsinə atası nəyi qadağan etmişdi?
“Biz bu layihənin üzərində çox çalışırıq. İşin uğurlu alınacağına ümidimiz böyükdür. Görək necə bitəcək”.
ABŞ Kosmik Agentliyinin direktoru Cim Bridenstaynın verdiyi məlumata görə, layihə NASA tərəfindən hələ 2020-ci ildə elan edilib: “Bu, genişmiqyaslı layihədir, eyni zamanda belə işlərin görülməsi qürurvericidir. NASA Tom Kruz ilə Beynəlxalq Kosmik Stansiyada istehsal olunacaq bu cür iddialı və çətin başa gələn film üzərində əməkdaşlıqdan məmnundur”.
Xatırladaq ki, ilk belə layihəni Rusiya kinematoqafçıları ediblər. Onlar kino sahəsi üzrə tarixdə ilkə imza atmaq üçün orbitə çıxıblar. “Challenge” adlı irimiqyaslı layihə çərçivəsində aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko kosmosa göndərilmişdi.